Gəncədə cari ilin əvvəlindən peyvənd olunanların sayı açıqlanıb. Bu haqda Gencexeber.az 5 noyabr tarixində Gancapost.info-yə istinadən xəbər verir.
2021-ci ilin 10 ayı ərzində Gəncədə 264.380 vaksin vurulub. Aşağıda hansı doza vaksin üzrə peyvənd olunanların sayı göstərilib:
- Birinci doza – 136.549 nəfər;
- İkinci doza – 122.067 nəfər;
- Üçüncü doza – 5764 nəfər.
Qeyd edək ki, Peyvənd olunanlardan 248.410 “Coronovac-Sinovac”, 7124 “Astra Zeneca”, 8846 nəfər isə “Pfizer” vaksini olunub.