24.7 C
Gence
24.7 C
Gence

Gəncədə peşə kurslarını bitirənlərə sertifikat verilib

Gəncədə peşə kursunu bitirənlər təltif olunublar. Bu haqda 14 fevral tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat paylaşıb.

Dövlət Məşğulluq Agentliyi Gəncədə Peşə Hazırlığı Mərkəzində “Ofisiant” və “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlıq kursları təşkil edib. “İmperial” restoranlar şəbəkəsi və “Saloğlu” fərdi firması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlimlər bu gün başa çatıb. Kursu bitirmiş şəxslərə sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə hər iki peşə üzrə 22 iştirakçının adıçəkilən işəgötürənlər tərəfindən işlə təmin olunması nəzərdə tutulub.

Ən Çox Oxunan