Gəncə sakinləri gün ərzində eşidilən güclü partlayış səslərindən narahat olublar. Gencexeber.az məsələ ilə bağlı araşdırmalar edib. Nəticələr haqda izləyicilərimizi məlumatlandırırıq.
Hal-hazırda partlayışların bir neçə baş vermə səbəbləri ehtimal olunur:
- Şəhər daxilində yerləşən N saylı hərbi hissədə istismar müddəti başa çatan sursatlar planlı şəkildə məhv edilir;
- Şəhərə yaxın poliqonda təlimlər keçirilir. Orada iri çaplı və digər növ silahlardan istifadə olunur.
Bu dəqiqəyə olan məlumatı təqdim etdik. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.