24.8 C
Gence
24.8 C
Gence

Gəncədə pandemiya qaydaları pozulub

Gəncədə şadlıq sarayının sahibi cərimələnib. Bu haqda 11 yanvar tarixində AQTA məlumat paylaşıb.

Şəhər ərazisində keçirilən əməliyyatlar nəticəsində “Tural” şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Portalda qeydiyyatdan keçmədən şənlik mərasimi təşkil edilib, ara məsafəsi saxlanılmayıb.

Aşkar olunan qayda pozuntuları ilə bağlı obyektin sahibi inzibati məsuliyyətə cəlb olunub.

Ən Çox Oxunan