26.4 C
Gence
26.4 C
Gence

Gəncədə üç otaqlı evdə yanğın baş verib

Gəncənin Kəpəz rayonunda yerləşən evdə yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi səhifəsində 22 sentyabr məlumat verib.

Üç otaqlı evin ümumi sahəsi 120 kv.m-dir. Onun 15 kv.m-lik bir otağında tavan və dam örtüyünün yanar konstruksiyaları alışıb. Xəsarət alanlar haqqında məlumat yoxdur.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələrin əməkdaşları alovu söndürüblər. Yanğının evin qalan hissəsinə keçməsinin qarşısı alınıb.

 

Ən Çox Oxunan