24.7 C
Gence
24.7 C
Gence

Gəncədə ortayaşlı xanım itlərin hücumundan sonra xəsarət alıb

Gəncədə küçə itləri xanıma hücum ediblər. Bu haqda Gencexeber.az-a yanvarın 25-i məlumat daxil olub.

Hadisə Sevinc qəsəbəsində qeydə alınıb. Küçədən keçən ortayaşlı xanıma itlər hücum edib. Bu zaman heyvanın biri qadının baldırından dişləyib.

Xəsarət alan qəsəbə sakini xəstəxanaya aparılıb. Zəruri tibbi yardım göstəriləndən sonra xanım evə buraxılıb.

Sakinlərin sözlərinə görə, bu ərazidə son bir ayda 10-a yaxın oxşar hadisə baş verib.

Ən Çox Oxunan