25.8 C
Gence
25.8 C
Gence

Gəncədə orta yaşlı kişi və gənc bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb. Bu haqda Apa.az-a istinadən məlumat veririk.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 58 yaşlı İlham Tağıyev sol tərəfinin kəsilmiş-deşilmiş yarası və 26 yaşlı Araz Tağıyev çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin yaraları tikilib, vəziyyətləri kafidir.

İlkin məlumata görə bıçaqlanan şəxslər yaşadıqları evin yanında dava zamanı bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan