25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə orkestrin müşayiəti ilə Nizami Gəncəviyə həsr olunan konsert baş tutub

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konsert baş tutub. Bu haqda Gencexeber.az 16 noyabrda Kəpəz televiziyasına istinadən məlumat verir.

Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və Xalq çalğı alətləri orkestri dahi şairin sözlərinə bəstələnən mahnıları ifa ediblər. Nizami Gəncəvinin poemalarında ədalətli hökmdar məsələsi, insana məhəbbət, dərin dünyəvi hörmət öz əksini tapıb.

Qeyd edək ki, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə baş tutan konsert Nizami İli çərçivəsində reallaşan silsilə tədbirlərin davamıdır.