19.1 C
Gence
19.1 C
Gence

Gəncədə olimpiada keçirilib

Gəncədə Respublika olimpiadasının şəhər mərhələsi baş tutub. Bu haqda 22 yanvar tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Olimpiadada 1086 şagird iştirak edib. Onlara fənlər üzrə 25 qapalı test sualları təqdim olunub. İmtahanlar 3 mərkəzdə təşkil olunub.

Qeyd edək ki, olimpiadalar 8, 9, 10, 11-ci sinif şagirdləri üçün keçirilir. Burada məktəblilər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə iştirak edə bilərlər.

Ən Çox Oxunan