Gəncədə havanın keyfiyyət göstəriciləri yüksəlib. Bu haqda məlumatı martın 22-i Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.
Mart ayının ikinci ongünlüyündən başlayaraq küləkli və yağıntılı hava şəraiti hökm sürüb. Bu səbəbdən Gəncədə oksigenin miqdarı artıb.
“Yaxın günlərdə fasilələrlə az yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin yaxşı olacağı gözlənilir” – bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Gəncə şəhərində fəaliyyət göstərən avtomatik stansiyadan əldə olunan məlumatlara əsasən, mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin miqdarı norma daxilində olub.