12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə oğurluq edən şəxs saxlanılıb

Gəncədə avqustun 8-də silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Gəncə şəhər Nizami rayon polis idarəsinin əməkdaşlarının apardığı əməliyyatlar nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, Elşən Cəfərov saxlanılıb.

O, bu ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 10-dan çox mənzil və fərdi yaşayış evlərinə daxil olaraq oradan ümumi dəyəri 1000 manatdan çox olan su qurğularını oğurlayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan