19.1 C
Gence
19.1 C
Gence

Gəncədə odlu silah saxlamaqda şübhəli bilinən şəxs tutulub

Gəncə sakinindən tapança müsadirə edilib. Bu haqda 9 fevral tarixində Apa-ya istinadən məlumat veririk.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə, əvvəllər məhkum olunmuş Azər Miyani saxlanılıb. Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Miyaninin üzərində 1 ədəd, atəşə yararlı, “Revolver” tipli tapança və 4 ədəd patron aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan