27.5 C
Gence
27.5 C
Gence

Gəncədə obyektlərdə yoxlamalar baş tutub

Yeni Gəncə qəsəbəsində bir çox obyektdə reydlər keçirilib. Bu haqda Gencexebr.az-ın müxbiri 13 oktyabr tarixində xəbər verib.

Yoxlamalar polis və təcili tibbi yardım əməkdaşları ilə birgə həyata keçirilib. Reyd zamanı müştərilərin koronavirus infeksiyasına qarşı vaksin pasportlarının olub-olmaması yoxlanılıb.

Obyektlərdən biri 28 may küçəsində yerləşən “Böyük ucuzluq” ticarət mərkəzidir. Əldə etdiyimiz məlumata əsasən, qeyd olunan ticarət mərkəzində bir nəfər xanımın tibbi maskasız olduğu və peyvənd olunmadığı üzə çıxıb. Əməkdaşlar profilaktik söhbətdən sonra müvafiq qaydalara uyğun olaraq xanımı məsuliyyətə cəlb ediblər.

Daha öncə, taksi və avtobus sürücülərinin koronavirus infeksiyasına qarşı peyvənd olunmaları ilə bağlı keçirilən reydlər haqda xəbər vermişdik.

Ən Çox Oxunan