25.8 C
Gence
25.8 C
Gence

Gəncədə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 6 dekabr tarixində Report.az-a istinadən xəbər veririk.

Kəpəz Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Məhərrəmov saxlanılıb.

Aparılan araşdırmalar zamanı Məhərrəmovun cari ilin müxtəlif vaxtlarında su mühərrikini oğurlaması üzə çıxıb. Şübhəli şəxs maddi sübutlarla istintaqa təhvil verilib. Dindirilən şəxs ifadəsində törətdiyi cinayət hadisələrini etiraf edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan