17.7 C
Gence
17.7 C
Gence

Gəncədə notarius vəzifəsində işləmək üçün müsabiqə keçiriləcək

Gəncədə “Asan xidmət” mərkəzində notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyənlər üçün açıq müsabiqə təşkil olunacaq. Bu haqda Ədliyyə Nazirliyinin saytında məlumat dərc edilib.

Müsabiqənin birinci mərhələsi test imtahanından ibarətdir. Zəruri keçid balını toplayan namizədlər müsahibəyə buraxılacaqlar. İştirak edəcək hüquqşünasların hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaq.

İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini yanvarın 17-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim etməlidirlər.

Ətraflı məlumat üçün bu link-dən keçid etmək kifayətdir.

 

Ən Çox Oxunan