19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

Gəncədə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 131 ünvanında fəaliyyət göstərən fiziki şəxs Səfərov Orxan Nizami oğluna məxsus “Şah sarayı” şadlıq sarayında pozuntular aşkar olunub.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.