24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Nizami məqbərəsi ziyarət olunub

Gəncədə “Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan” mövzuda tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Tədbir Nizami Gəncəvi Muzeyi və Nizami Gəncəvi Məqbərəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Dəvət olunan “Orta əsr Ağsu şəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.

Sonra muzeydə “Nizami” filmi nümayiş etdirilib və dəyirmi masa arxasında Nizami Gəncəvinin qəzəllərindən və kəlamlarından parçalar söylənilib. Qonaqlara Məqbərənin və muzeyin bukletləri hədiyyə olunub.

Ən Çox Oxunan