27.5 C
Gence
27.5 C
Gence

Gəncədə Nizami Gəncəvinin yubileyi münasibəti ilə konfrans keçirilib

Gəncədə elmi-praktiki konfrans keçirilib. Bu haqda 3 dekabr tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konfransda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Nizamişünas alimlər və xarici qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi 880” sərgisi ilə tanış olublar. Akademik Fuad Əliyev praktiki konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, dahi şair bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxslərdəndir. Görüşdə dünyanın görkəmli dövlət xadimləri və tanınmış siyasi liderlərinin Nizami Gəncəvi haqqında fikirlərinin yer aldığı video-süjet izlənilib.

Ən Çox Oxunan