24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan Festival başlayır

Bu gün, Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır. Bu haqda Gencexeber.az 15 noyabrda Apa.az-a istinadən məlumat verir.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirlər noyabrın 26-dək davam edəcək. Festival proqramına bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri daxildir.

Qeyd edək ki, Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Ən Çox Oxunan