20.6 C
Gence
20.6 C
Gence

Gəncədə narkotik yetişdirən şəhər sakini saxlanılıb

Gəncədə polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik bitkiləri əkən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 avqust məlum olub.

Şəhər sakini Elçin Məmmədovun fərdi yaşayış evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 26 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan