25.8 C
Gence
25.8 C
Gence

Gəncədə narkotik saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb

Gəncədə narkotik saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Kərimov saxlanılıb. Onun üzərindən marixuana aşkar edilib.

Daha bir əməliyyat zamanı Kəpəz rayonunda şəhər sakini Nadir Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı o, narkotik istifadəçisi olduğunu və şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları oradan 3 kiloqramdan çox marixuana aşkar ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Ən Çox Oxunan