Gəncədə 2 nəfər narkotik satıcısı saxlanılıb. 26 avqust tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyatlar həyata keçirib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Emin Qafarov və Elşən Hüseynov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.