19.1 C
Gence
19.1 C
Gence

Gəncədə narkotacirlər saxlanılıb

Gəncədə narkotik dövriyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda 5 avqustda məlum olub.

Gəncə şəhərinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyatlar nəticəsində qanunsuz olaraq narkotik vasitə almaqda şübhəli bilinən Göygöl rayon sakini Camal Həmzəyev Gəncə şəhərində saxlanılıb. Onun üzərindən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib.

Davam edən əməliyyatlar nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Orxan Abdullayev saxlanılıb. Axtarış zamanı onun üzərindən metamfetamin aşkar edilərək götürülüb. Bundan əlavə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan metamfetamin və tiryək aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan