21.4 C
Gence
21.4 C
Gence

Gəncədə narkotacir saxlanılıb

Gəncə sakinlərində narkotik aşkarlanıb. Bu haqda 13 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. Üzərinə baxış keçirilən zaman, ondan marixuana aşkarlanaraq götürülüb.

Davam edən əməliyyatlar zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Namazov saxlanılıb. O, narkotik satmaqda şübhəli bilinir. Üzərinə baxış keçirilən zaman, ondan 85 qramdan çox marixuana tapılıb. Evində axtarış keçirilərkən, oradan 24 kiloqram 930 qramdan çox marixuana aşkarlanıb.

Ən Çox Oxunan