21.4 C
Gence
21.4 C
Gence

Gəncədən respublika olimpiadasının yarımfinalçıları məlum olub

Gəncəli məktəblilər Respublika Fənn Olimpiadasının yarımfinalına vəsiqə qazanıblar. Bu haqda Gencexeber.az-a 2 fevral tarixində məlumat daxil olub.

Şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri yarımfinalına keçid əldə ediblər. Onların adlarını təqdim edirik:

  • Məhərrəm İsmayılzadə, 9-cu sinif, Coğrafiya fənni
  • Əsgər Mehdiyev, 10-cu sinif, Azərbaycan dili fənni
  • Aydın Məmmədov, 10-cu sinif, Biologiya fənni
  • Aytac Xəlilova, 11-ci sinif, Azərbaycan dili fənni
  • Jalə Həsənova, 11-ci sinif, Riyaziyyat fənni.

Bundan başqa 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İsmixan Mustafayev kimya üzrə 87 balla, 9-cu sinif şagirdi Nuray Hüseynova biologiyadan 85 balla, 44 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüqəyya Əliyeva isə Azərbaycan dili və ədəbiyyatdan 86 bal toplayaraq həmin fənn və sinif üzrə Gəncədə ən yüksək nəticə göstəriblər.

Ən Çox Oxunan