25.4 C
Gence
18.5 C
Ganja

Gəncədən olan rəqqaslar “Xarıbülbül” festivalında 3-cü yerə layiq görülüb

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azərin” rəqs qrupu festivalda 3-cü yerə layiq görülüb. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində 15 noyabrda məlumat paylaşılıb.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” Respublika Uşaq Rəqs Festivalının mükafatlandırma mərasimi keçirilib. “Azərin” rəqs qrupu “Cəngi” rəqsi ilə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, festival Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı təşkil olunmuşdur.