24.8 C
Gence
24.8 C
Gence

Gəncədə “Nə? Harada? Nə zaman?” formatında yarış təşkil olunub

Gəncədə intellektual oyun keçirilib. Bu haqda 1 fevral tarixində Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.

Gənclər Gününə həsr olunmuş turnir “Nə? Harada? Nə zaman?” formatında təşkil olunub. Yarış Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə baş tutub. Oyunda Gəncə məktəblərinin gənc müəllimləri iştirak ediblər. 45 təhsil ocağından 9 komandanın mübarizə apardığı turnir müəllimlərin dünyagörüşünün stimullaşdırılması, ünsiyyət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün keçirilib.

Yarışda “Dahilər” komandası I, “Zəfər yolu” II, “Xəmsə” isə III yerə layiq görülüblər. Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan