26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “Nə? Harada? Nə zaman?” formatında turnir baş tutub

Gəncədə intellektual oyunun qalibləri təltif olunublar. Bu haqda 31 yanvar tarixində Gənclər Evi məlumat paylaşıb.

“2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş turnir “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Yarışda 70-ə yaxın gənc iştirak edib. Oyun 24 sualdan ibarət olub.

Turnirdə 17 xalla “Dəmir yumruq” komandası birinci, 16 xalla “Legends” ikinci və 14 xalla “Dejavü” üçüncü yerlərə layiq görülüblər. İştirakçılara sertifikatlar, qaliblərə isə diplom və kubok təqdim olunub.

Gəncə Gənclər Evinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Gənclər Evinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan