25.8 C
Gence
25.8 C
Gence

Gəncədən 18 şagird Bakıda yarışda iştirak edir

Gəncəli məktəblilər Təhsil Nazirliyinin keçirdiyi tədbirdə iştirak edirlər. Bu haqda Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.

Bakı Ekspo Mərkəzində təşkil olunan STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021″in açılış mərasimi olub.

Burada Gəncədən 18 şagird iştirak edir:

  • M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydən 10 nəfər,
  • M.Hadi adına 10 nömrəli tam orta məktəbdən 2 nəfər,
  • 26 nömrəli məktəb-liseydən 2 nəfər,
  • M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdən 2 nəfər,
  • M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdən 2 nəfər

 

Ən Çox Oxunan