25.8 C
Gence
21.5 C
Ganja

Gəncədə musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanı keçiriləcək

Gəncə şəhərində ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslarına qəbul üzrə test imtahanı keçiriləcək. Bu haqda Gencexeber.az 6 iyun tarixində Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir.

11 iyun 2023-cü il tarixində harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan təşkil ediləcək. Abituriyentlər «İmtahana buraxılış vərəqəsi»ni buradan çap edə bilərlər.

Gəncə, Bakı və Naxçıvan şəhərlərində ümumilikdə imtahanda 1072 abituriyentin iştirakı nəzərdə tutulur. Harmoniya və solfecio fənni üzrə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahanın müddəti isə 1 saatdır.

İmtahanın qiymətləndirməsi fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir.