24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Muğam müsabiqəsinin ikinci seçim mərhələsi baş tutub

Gəncədə keçiriləcək Muğam müsabiqəsinin 20 dekabr tarixində növbəti seçim mərhələsi baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Gəncə Dövlət Filarmoniyasının “Göy göl” Dövlət mahnı və rəqs ansamblının təşkil etdiyi müsabiqənin ikinci seçim mərhələsində Gəncə şəhəri, Bərdə, Samux, Goranboy, Gədəbəy, Kəlbəcər və digər rayonlardan olan 50 nəfər muğam ifaçısı iştirak edib. Münsiflər heyəti Xalq artistləri Fikrət Verdiyev, Şahnaz Haşımova, Adil Bayramov, Əməkdar artist Mahir Məmmədov, muğam ifaçıları Vaqif və Şahin Mirzəyev, Gəncə Regional Mədəniyyət idarəsi tabeliyində fəaliyyət göstərən Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkkül Hüseynovdan ibarət olub.

Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan