25.8 C
Gence
25.8 C
Gence

Gəncədə Muğam müsabiqəsi davam edir

Gəncədə Muğam müsabiqəsinin növbəti mərhələsi keçirilib. Bu haqda 17 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Nizami Gəncəvi ili” çərçivəsində keçirilən müsabiqənin II turundan seçilmiş ifaçılar daha bir mərhələdən keçiblər. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin təşəbbüsü, regional idarənin və Gəncə Dövlət Filarmoniyasının “Göy göl” Dövlət mahnı və rəqs ansamblının təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, müsabiqənin II turundan 12 nəfər növbəti mərhələyə vəsiqə qazanmışdır. Final üçün dinləmələr hər həftənin bazar ertəsi keçiriləcəkdir.

Ən Çox Oxunan