24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Muğam müsabiqəsənin münsiflər heyəti ilə görüş keçirilib

Gəncədə Muğam müsabiqəsi üçün hazırlıqlar gedir. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

22 oktyabr tarixində “Nizami ili” çərçivəsində Gəncədə ilk dəfə keçiriləcək Muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüş baş tutub. Tədbirdə Respublikanın Xalq artistləri Şahnaz Haşımova, Adil Bayramov, Əməkdar artistlər Mahir Məmmədov, Eldar Abdullayev, muğam ifaçıları Vaqif və Şahin Mirzəyevlər, Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyev, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkgül Hüseynov iştirak ediblər.

Görüşdə müsabiqənin keçirilməsi haqda müzakirələr aparılıb.

Ən Çox Oxunan