Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi həftə ərzində vətəndaşlarla görüşlər keçirib. Bu haqda 28 yanvar tarixində Gəncə RİH-yə istinadən xəbər veririk.
Görüşlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq olunmuş qrafik üzrə baş tutub. Görüş zamanı sakinlərin şikayət və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb, digər məsələlər isə nəzarətə götürülməklə müvafiq qurumlara yönləndirilib.
Sakinlər vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.