20.3 C
Gence
15.5 C
Ganja

Gəncədə milyonlarla manat məbləğində verilən kredit qaytarılmayıb

Gəncə qaytarılmayan kredit üzrə lider şəhərlərin sırasına düşüb. Bu haqda məlumatı avqustun 10-u Xeberle.com-a istinadən veririk.

2022-ci ilin iyulun 1-nə olan məlumata əsasən, Respublikada 608 milyon manat dəyərində olan kredit vaxtında qaytarılmayıb. Göstəricilər Mərkəzi Bank tərəfindən verilib.

Aşağıda göstərilən şəhərlərin payına ən çox qaytarılmayan kredit məbləğləri düşür:

  • Bakı – 508 milyon manat;
  • Sumqayıt – 24 milyon manat;
  • Gəncə – 13 milyon 300 min manat.