Gəncənin “Memorial Abidə Kompleksi”nin açılışı olub. Bu haqda Gencexeber.az-ın müxbiri 8 noyabr tarixində məlumat verib.
İstiqlal parkında yerləşən abidə 8 Noyabr – Zəfər Gününə həsr olunub. Kompleks Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilib.
Qeyd edək ki, bu gün, saat 20:00-da Gəncənin Heydər Əliyev adına baş meydanında atəşfəşanlıq təşkil ediləcək.