16.4 C
Gence
16.4 C
Gence

Gəncədə marketlərin birindən oğurluq edilib

Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gencexeber.az-a bu gün, 21 mart tarixində verilib.

Belə ki, Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən marketlərin birindən 300 manat dəyərində olan malları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.

Araşdırma nəticəsində onun şəhər ərazisində bir köşkdən 700 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Ən Çox Oxunan