Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə Gəncədə rüsum 20 manatdan 30 manata qaldırılıb. Bu haqda Gencexeber.az 1 noyabr tarixində Apa.az-a istinadən məlumat verir.
Milli Məclisdə bu gün iclas keçirilib. “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olunub.
Qeyd edək ki, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.