14.7 C
Gence
14.7 C
Gence

Gəncədə məşqçi təhsilin inkişafında xidmətlərinə görə təltif olunub

Gəncədə məşqçi təltif edilib. Bu haqda 5 oktyabr tarixində Təhsil Respublika İdman Mərkəzinə istinadən məlumat veririk.

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri təltif olunublar. Onların arasında Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi də yer alıb.

Rauf Xəlilova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim edilib.

Ən Çox Oxunan