25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə müharibə iştirakçısı “Döş nişanı” ilə təltif olunub

Gəncə Dövlət Universitetinin Rektoru Yusif Yusibov Vətən Müharibəsi iştirakçısı məzununa universitetin “Döş nişanı” təqdim edib. Bu haqda universitetin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Paylaşımda qeyd olunub ki, 44 günlük müharibəyə öz imzasını yazanlar arasında Gəncə Dövlət Universitetinin məzunu Afiq Rzayev də var. O, 2012-2016-cı illərdə universitetdə təhsil almış və sonradan Azərbaycan Ordusunda zabit kimi xidmət etməyi özünə şərəf bilmişdir.

Afiq Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə aşağıda göstərilən medallarla təltif olunmuşdur:

  • “Cəbrayılın azad olunmasına görə”;
  •  “Qubadlının azad olunmasına görə”;
  • “Laçının azad olunmasına görə”.