Gəncədə ər arvadını bıçaqlayaraq öldürüb. Bu haqda məlumatı iyunun 6-sı Report-a istinadən veririk.
İyunun 3-ü saat 15 radələrində 32 yaşlı Gəncə şəhər sakini Gülüzar Həsənovanın xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Qadın aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişmişdir.
Faktla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, mərhumun əri, 37 yaşlı Sabir Şabanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanılıb. Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.