25.8 C
Gence
25.8 C
Gence

Gəncədə “Layihələrdə texnotəhsil modeli” mövzusunda konfranslar keçirilir

Gəncədə üç günlük regional konfrans keçirilir. Bu haqda 14 dekabr tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

13-15 dekabr tarixlərində keçirilən konfrans “eTwinning Plus” layihəsi çərçivəsində təşkil olunur. Məqsəd region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və layihənin regionlarda inkişafını təmin etməkdir. Tədbirdə müxtəlif təlim və müzakirələr də aparılır.

Qeyd edək ki, Gəncədən burada 26 müəllim iştirak edir.

Ən Çox Oxunan