9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə koronavirus xəstəsi evi tərk edib

Gəncədə bu gün, 13 avqust tarixində koronavirus xəstəsi evi tərk edib. Bu haqda Gencexeber.az Report.az-a istinədən məlumat verir.

Gəncə şəhərinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Covid-19 testinin nəticəsi pozitiv olan şəhər sakini evi tərk edərək şəhər ərazisinə çıxdığı müəyyən edilib.

Xanım ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. O, yaşadığı evə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Ən Çox Oxunan