25.8 C
Gence
25.8 C
Gence

Gəncədə koronavirusla bağlı növbəti monitorinqlər keçirilib

Gəncədə 6 noyabr tarixində monitorinq keçirilib. Bu haqda Gencexeber.az “Kəpəz” televiziyasına istinadən xəbər verir.

Monitorinq koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə polislər tərəfindən aparılıb. Şəhər ərazisində avtobus və taksilərdə vətəndaşların tibbi maskadan istifadə etməsi və Covid-19 pasportları yoxlanılıb. Sakinlərin nəzərinə çatdırılıb ki, qaydalara qeyd-şərtsiz əməl edilməlidir. Karantin qaydalarını pozan şəxslər cərimələnib.

Bundan başqa polis əməkdaşları kafe, restoran və şadlıq evlərində də monitorinq keçiriblər. Burada müştəri və personalın vaksin pasportu yoxlanılıb. Müvafiq sənədi olmayan şəxslər restorana buraxılmayıblar.

Ən Çox Oxunan