14.3 C
Gence
14.3 C
Gence

Gəncədə koronavirusla bağlı monitorinqlər keçirilib

Gəncədə 28 oktyabr tarixində polis əməkdaşları şəhər ərazisində nəzarət profilaktik tədbirləri keçirib. Bu haqda Gencexeber.az “Real” televiziyasına istinadən məlumat verir.

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə keçirilən monitorinqlər avtobus və taksilərdə keçirilib. Sürücülərin tibbi maskadan istifadə etməsi, Covid-19 pasportunun olub-olmaması yoxlanılıb. Qaydaları pozan şəxslər barəsində protokol tərtib edilib.

Bundan başqa mehmanxanalarda da monitorinqlər keçirilib. Polis əməkdaşları burada izahedici söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları ilə mövcüd sanitar gigiyenik tələbləri izah ediblər.

Şadlıq saraylarında keçirilən yoxlamalar zamanı Covid-19 pasportu olmayan şəxslər obyektlərə buraxılmayıb.

Ən Çox Oxunan