23 C
Gence
23 C
Gence

Gəncədə koronavirusa qarşı 18 həkim briqadası xidmət göstərir

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri ay ərzində 350 vətəndaşdan yaxma götürülüb. Bu haqda dekabrın 20-si Kəpəz televiziyasına istinadən məlumat veririk.

Şəhər ərazisində 18 həkim briqadası əhaliyə xidmət edir. Koronavirus şübhəsi və qızdırması olan xəstələrdən tibb işçilər tərəfindən yaxmalar götürülür. Daha sonra məlumatlar vətəndaşın yaşadığı ünvanın ərazi üzrə poliklinikasına göndərilir.

Bu cür çağırışlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının mərkəz və 5 filialına mütəmadi olaraq daxil olur.

 

Ən Çox Oxunan