26.4 C
Gence
26.4 C
Gence

Gəncədə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb. Bu haqda Report.az-a 27 noyabr tarixində istinadən məlumat veririk.

Yeni Gəncə qəsəbə sakini R.Abbasov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Abbasov ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq noyabrın 22-də yaşayış yerini tərk etmişdir.

Ən Çox Oxunan