25.8 C
Gence
25.8 C
Gence

Gəncədə koronavirus infeksiyasının artması fonunda reydlər davam etdirilir

Gəncədə sərnişin avtobuslarında və taksilərdə yoxlamalar keçirilib. Bu haqda 9 fevral tarixində Real televiziyasına istinadən məlumat veririk.

Reydlər Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilib. Karantin qaydalarına əməl etməyənlər nəqliyyatdan düşürülüb və onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

İctimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən sürücülər və sərnişinlərlə izahedici söhbətlər aparılıb.

Tədbir zamanı peyvənd olunmayan taksi sürücüləri aşkar edilib. Onlar barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Ən Çox Oxunan