19.1 C
Gence
19.1 C
Gence

Gəncədə kommunal xərclər elektron qaydada ödənilir

Azərbaycanda ilk olaraq Gəncədə bəzi kommunal xərclər elektronlaşdırılmış qaydada həyata keçirilir. Bu haqda 7 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İB məlumat paylaşıb.

Sakinlərin ev istismar xərcləri, xidmət haqlarının ödənilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi və s. xidmət haqlarının elektron qaydada ödənilməsi və şəffaflığın təmin olunması üçün həyata keçirilir. Müəyyən borcları olan abonentlər binaların girişində yapışdırılan stikerlər vasitəsi ilə bu haqda məlumat əldə edə bilirlər.

MKTİB işçiləri tərəfindən Mənzil İstismar Sahələri tərəfindən həyata keçirilən bu işlərin nəticəsini öyrənmək üçün yoxlanış tədbirləri həyata keçirilib. Qeyd olunub ki, əhalinin əksər hissəsi bunu müsbət qarşılayır. Məsələnin mənfi cəhəti ondan ibarətdir ki, bu stikerlər bəzi səbəblərdən zədələnərək sıradan çıxır.

 

Ən Çox Oxunan