25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə kommunal qəza: yolda maşınların hərəkəti məhdudlaşdırılıb

Gəncənin Ruzigar Qasımov küçəsində su borusu təmir edilir. Bu haqda Gencexeber.az-ın müxbiri 16 noyabr tarixində məlumat verib.

İşlərə dünəndən etibarən başlanıb. Bu gün səhər saatlarından isə yolda maşınların hərəkəti məhdudlaşdırılıb. Əraziyə texnika cəlb olunub.

“Azərsu” ASC-nin əməkdaşlarından əldə etdiyimiz məlumata əsasən, suyun təchizatında yaranmış fasilə tez bir zamanda aradan qaldırılacaq.